...

"Azərsun Holdinq"in idarə heyətinin sədri "Azəri Business Award" mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2010 15:21 (UTC +04:00)
"Azərsun Holdinq"in prezidenti, xeyriyyəçi iş adamı Abdulbari Gözəl "Azəri Business Award" mükafatı ilə təltif edilib. Bu barədə holdinqin bazar ertəsi yaydığı məlumatda deyilir.
"Azərsun Holdinq"in idarə heyətinin sədri "Azəri Business Award" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

"Azərsun Holdinq"in prezidenti, xeyriyyəçi iş adamı Abdulbari Gözəl "Azəri Business Award" mükafatı ilə təltif edilib. Bu barədə holdinqin bazar ertəsi yaydığı məlumatda deyilir.

Dekabrın 4-də bir neçə nominasiya üzrə ölkənin aparıcı şirkət və müəssisələrinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə Azərbaycanın iqtisadiyyatının, o cümlədən sənaye və kənd təsərrüftaının inkişafında uğurları olan biznes nümayəndələri bu sahəyə verdikləri xüsusi töhvələrə görə "Azeri Business Award" mükafatına layiq görülüblər.

Təltifetmə mərasimində "Azərsun Holdinq" idarə heyətinin sədri də iştirak edib.

1991-ci ildən Azərbaycanda işləyən xeyriyyəçi və iş adamı Abdulbari Gözəl öz fəaliyyəti ilə ölkənin iqtisadi inkişafına böyük töhfələr verib.

Respublikanın qida təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik "Natural Greenland" kənd təsərrüfatı kompleksi və konserv zavodu, Masazır Duz Zavodu və müasir yaşam mərkəzi "Parkbulvar"ın istifadəyə verilməsi "Azərsun Holdinq"in idarə heyətinin sədri cənab Abdulbari Gözəlin 2010-cu ildə həyata keçirdiyi uğurlu layihələrdən olub.

Xəbər lenti

Xəbər lenti