...

İlin əvvəlindən Azərbaycanda 55 əmək yarmarkası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2010 17:45 (UTC +04:00)
2010-cu ildə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin 55 şəhər və rayonunda əmək yarmarkası keçirib.
İlin əvvəlindən Azərbaycanda 55 əmək yarmarkası keçirilib

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir Ü.İsmayılova/

2010-cu ildə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin 55 şəhər və rayonunda əmək yarmarkası keçirib. Bu barədə cümə günü nazirlikdən məlumat verilib.

Məlumata əsasən, yarmarkada 2053 müəssisə tərəfindən 15 804 vakant yer təqdim olunub.

Yarmarkaların yekunlarına əsasən, 5153 işsiz iş yerləri ilə təmin olunub, 619 nəfər peşəkar hazırlıq kurslarına göndərilib, 482 nəfər ödənişli ictimai işlərə cəlb olunub.

Cümə günü Bakıda paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının Məşğulluq idarələri tərəfindən  bu il üçün sonuncu əmək yarmarkası keçirilib.

Yarmarkada 217 müəssisə tərəfindən 2280 boş yer təqdim olunub. Şirkətlər tərəfindən təklif olunan əməkhaqqının miqdarı 85-1200 manat olub.

2010-cu il ərzində Bakı, Gəncə, Lənkəran şəhərləri, həmçinin Abşeron yarımadasında tələbələr və ali məktəb məzunları üçün keçirilən əmək yarmarkasında 287 nəfər işlə təmin olunub.

Bu dövr ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində əmək birjaları tərəfindən işə müvəqqəti əsaslarla 3541 nəfər, o cümlədən 2044 qadın, gənclərdən 1569 nəfər, 151 qaçqın və məcburi köçkün və 28 əlil işə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti