...

Azərbaycanda heyvandarlıqda istehsal həcmi 7 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2010 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir Ü.İsmayılova/

2010-cu ilin yanvar-notyabr aylarında ötən ilin analoji dövrü ilə müqayisədə heyvandarlıq sahəsində ümumi istehsal həcmi 7,1 faiz artıb. Ümumilikdə kənd təsərrüfatı istehsalı illik hesablamalara görə 2,7 faiz azalıb. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar-noyabr aylarında Azərbaycanda 303,2 min ton mal-qara və quş əti, 1400,9 min ton süd, 1081,8 milyon ədəd toyuq yumurtası, 15,3 min ton yun istehsal olunub.

2009-cu ilin analoji dövrü ilə müqayisədə ətin istehsalı 8,7 faiz, süd - 7,1 faiz, yun - 3 faiz, yumurta istehsalı isə 0,1 faiz artıb.

Xəbər lenti

Xəbər lenti