...

Azərbaycanda bitkiçilik sahəsində istehsal 9 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2010 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Ü.İsmayılova/

2010-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda bitkiçilik sahəsində istehsalın ümumi həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9 faiz azalıb. Yanvar-noyabr aylarında kənd təsərrüfatı məhsullarının ümumi həcmi illik hesablamada 2,7 faiz azalıb. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildiirlib.

Dekabrın 1-nə olan məlumata görə, bitkiçilik məhsullarının əksəriyyətinin yığımı başa çatıb. Ümumilikdə bu dövr ərzində 2000,3 min ton dənli və dənli-paxlalı bitki yığılıb ki, bunun da 1864,2 min tonu və ya 93,2 faizini payız və yaz dənli və dənli-paxlalı bitkilər, 136,1 min tonunu və ya 6,8 faizini isə qarğıdalı təşkil edir.

Bu dövrdə dənli və dənli-paxlalı bitkilərlə yanaşı, 433,2 min ton bostan, 1178,9 min ton tərəvəz də yığılıb ki, burada artım müvafiq olaraq 5,7 faiz və 1,5 faiz təşkil edib. Bostan bitkilərinin məhsuldarlığı beş sentner artaraq 137 sentner, tərəvəz isə iki faiz artaraq 147 sentnerədək çoxalıb.

Kartof istehsalı 2,6 faiz azalaraq 953,7 min ton təşkil edib. Bir hektardan kartofun orta məhsuldarlığı 3 sentner azalaraq 145 sentner təşkil edib.

Dekabrın 1-nə orta məhsuldarlıq bir s/ha olmaqla 35,3 min ton pambıq (il ərzində artım 24,8 faiz), eləcə də 3,2 min ton tütün (artım 25,6 faiz), 711 min ton meyvə (artım 0,9 faiz), 530,5 min ton yaşıl çay yarpağı (artım 41,7 faiz), 218 min ton şəkər çuğunduru (artım 0,5 faiz) yığılıb.

Xəbər lenti

Xəbər lenti