...

Azərbaycanın ISR şirkətlər qrupu Bodrumun ən böyük turizim komplekslərindən birini alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2010 20:08 (UTC +04:00)
Azərbaycanın özəl sektorunun ən iri qurumlarından biri olan ISR şirkətlər qrupu turizm sektoruna sərmayə yatırmaqda davam edir.
Azərbaycanın ISR şirkətlər qrupu Bodrumun ən böyük turizim komplekslərindən birini alıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Azərbaycanın özəl sektorunun ən iri qurumlarından biri olan ISR şirkətlər qrupu turizm sektoruna sərmayə yatırmaqda davam edir. Bakıda 3 hotelə malik olan şirkətlər qrupu Türkiyədə 2 hotel əldə edərək hotellərinin sayını 5-ə çatdırıb.

Alınmış hotellərdən biri Bodrum şəhərində yerləşən "Bodrum Princess Deluxe Resort and SPA"dır. "Hilton International" ilə əldə edilmiş razılaşmaya əsasən, 2011-ci ildən etibarən hotel "Hilton Bodrum Turkbuku Hotel" adı ilə fəaliyətini davam etdirəcək. Bodrumun ən gözəl yerlərindən biri olaraq qəbul olunan Türkbükü ərazisində yerləşən bu hoteldə 432 Standart, 46 Junior suit, 6 Dublex suit, 2 King suit otaqlar, 11 villa və VIP villa mövcudur. Hoteldə dincəlmək və əylənmək üçün hər bir şərait var. Belə ki, hotel 3 ədəd böyük, 22 ədəd orta və kiçik üzgüçülük hovuzu, 5 restoranı, 13 barı, 9 konfrans zalı, masaj otaqları və saunaları ilə yerləşdiyi bölgənin ən böyük turizm təsislərindən biridir. Ümumi sahəsi 70 hektar olan hotel ərazisi meşəlikdən ibarət olub, təkrarolunmaz təbiət mənzərəsi ilə insanı valeh edir. Hotel hava limanından 45 km, Bodrumun mərkəzindən isə 22 km uzaqlıqda yerləşir.

Türkiyədə digər bir oteli ISR şirkətlər qrupu "Palmalı" şirkətlər qrupu ilə ortaq şəkildə əldə edib. İstanbul şəhərində yerləşən və "İstanbul Edition Hotel" adlanan həmin hotel Türkiyənin ilk 7 ulduzlu hotelidir. Hotelin dizaynı tanınmış dizayner "İan Schrager" tərəfindən işlənilib. Hoteldə dünyada tanınmış "Cipriano" restoranı, "Millioner Club", "Roze bar", "S-bar" və İstanbulda ən böyük, lüks SPA mərkəzi fəaliyyət göstərir. Hotelin yuxarı son mərtəbəsində isə ümumi sahəsi 450 m2 olan Prezident suit yerləşir. Həmçinin hoteldə əlamətdar tədbirlərin keçirilməsi üçün möhtəşəm banket zalı da mövcuddur. Şəhərin tam mərkəzində yerləşən "İstanbul Edition Hotel" dünyadakı 8 Edition hoteldən biridir.

ISR şirkətlər qrupunun vitse-prezidenti Zafer Tangil Türkiyənin turizm sektoruna yatırılmış sərmayələrlə bağlı olaraq bildirib: "Qürur hissi keçiririk ki, dünyanın ən böyük turizim ölkəsindən biri olan Türkiyədə ilk 7 ulduzlu hoteldə ISR şirkətlər qrupunun da payı var. Həmçinin ISR şirkətlər qrupu Bodrumun ən böyük turizim təsislərindən birinə sahib olub. Bu, Azərbaycanın artan iqtisadi qüdrətinin göstəricisidir. ISR şirkətlər qrupu Türkiyənin turizim sektoruna daxil olaraq iki hotel alması bir daha sübut etdi ki, Azərbaycan iqtisadiyyatı və onun şirkətləri sürətli inkişaf yolundadır".

Türkiyədə alınmış hotelləri ISR şirkətlər qrupunun bu ilin iyul ayında həmin ölkədə yaratdığı "ISR Turizm İşletmeleri ve Ticaret Anonim Şirketi" idarə edəcək.

ISR şirkətlər qrupu 1995-ci ildən fəaliyyət göstərir. Şirkət nəqliyyat, daşınmaz əmlak, ticarət və xidmət sahələrinə sərmayə yatırmışdır. ISR şirkətlər qrupuna "Bakı Əyləncə Mərkəzi", "Nərgiz Ticarət Mərkəzi", "Toyota Bakı Mərkəzi", "ISR Residence-I" və "ISR Residence II" elit yaşayış kompleksləri, Bakı Avtomobil Bazarı, "Azər-Yod" yod-brom zavodu, "Park Inn Azərbaycan, "ISR Plaza", "Radisson Hotel" və 2011-ci ildə istifadəyə veriləcək "Hilton Baku Hotel"i və digər onlarla şirkətlər daxildir. Şirkətlər qrupu hazırda 1000-dən artıq insana iş imkanı yaradıb.

Xəbər lenti

Xəbər lenti