...

Azərbaycan və Litva Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi məsələsini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2010 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Sahibkarlar Konfederasiyasında Litva İqtisadiyyat Nazirliyi yanında Avropa İttifaqı Siyasəti Departamentinin direktoru Martinas Barisas və Vilnüs Universitetinin Beynəlxalq münasibətlər və siyasi elmlər fakültəsinin direktoru Ramunas Vilpişanska iləAzərbaycan qanunvericiliyinin Aİ-nin qanunvericiliyinə və sahibkarlıq fəaliyyəti üzərində dövlət nəzarətinə yaxınlaşdırılması məsələsi ilə bağlı müzakirələr aparılıb. Bu barədə konfederasiyanın bazar ertəsi yaydığı məlumatda deyilir.

Konfederasiya sədri Məmməd Musayevin sözlərinə görə, Azərbaycanın Avropaya inteqrasiya olunması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var və Litvanın bu məsələdəki təcrübəsi çox vacibdir.

Görüş çərçivəsində yeni qanunvericiliyin ilkin versiyasının baxılmaq üçün sahibkarlara verilməsi qeyd edilib.

Bu sahədə əməkdaşlığın genişləndirilməsi haqqında qərar da qəbul edilib.

Aİ-yə üzv ölkələrdə qanunvericiliyin təsirinin qiymətləndirilməsi üzrə fəaliyyət "Azərbaycan Milli Məclisinə dəstək" adlı "Tvinninq" layihəsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti