...

"Atəşgah" Sığorta Şirkətinin 14 yaşı tamam oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2010 10:51 (UTC +04:00)
2010-cu ilin dekabr ayının 18-i “Atəşgah” Sığorta Şirkətinin 14 ili tamam oldu. Şirkət Azərbaycan sığorta bazarında uzun illər ərzində liderliyini qoruyub saxlayır. Şirkətin əsas kredosu - əhalini keyfiyyətli sığorta məhsulları ilə təmin etmək və ölkənin sığorta mədəniyyətinin inkişafına öz töhfəsini qoymaqdır.
"Atəşgah" Sığorta Şirkətinin 14 yaşı tamam oldu

2010-cu ilin dekabr ayının 18-i "Atəşgah" Sığorta Şirkətinin 14 ili tamam oldu. Şirkət Azərbaycan sığorta bazarında uzun illər ərzində liderliyini qoruyub saxlayır. Şirkətin əsas kredosu - əhalini keyfiyyətli sığorta məhsulları ilə təmin etmək və ölkənin sığorta mədəniyyətinin inkişafına öz töhfəsini qoymaqdır.

14 illik inkişaf dövrü zamanı şirkət kiçik, orta və iri biznes müştəriləri üçün həm şəxsi sığorta növləri üzrə, həm də əmlak sığorta növləri üzrə xidmətlərin təklif edilməsində uğurlara nail olub və çoxları üçün birinci seçim şirkəti olub.

Bu gün "Atəşgah" Sığorta Qrupu əhaliyə daha da yaxın olmaq məqsədilə, pərakəndə satış şəbəkəsini genişləndirir və hər bir vətəndaşın müasir tələblərinə uyğun olan sığorta xidmətləri spektrini təklif edir. Sığorta bazarının iri və dinamik inkişaf edən şirkətlərindən biri olmaqla, "Atəşgah" Sığorta Qrupu 17 növ könüllü və 4 növ icbari sığorta üzrə xidmətlər təklif edir.

Xatırladaq ki, növbəti il "Atəşgah" Sığorta Qrupu üçün yubiley il olacaq və "Atəşgah - 15 il" markası altında keçiriləcəkdir.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin dekabrında yaradılıb. Azərbaycanda həyat üzrə "Atəşgah həyat" özəlləşmiş sığorta şirkəti "Atəşgah" Sığorta Qrupunun tərkibinə daxildir. "Atəşgah" Sığorta Şirkəti fiziki və hüquqi şəxslərə sığortanın 21 növü üzrə xidmət təqdim edir. Birinci yarımilin yekunlarına görə, şirkət ölkənin sığorta bazarında sığorta haqlarını toplamaq üzrə üçüncü yeri tutur. "Atəşgah"ın Bakıda 5 ofisi, Azərbaycan ərazisində 6 regional nümayəndəliyi var.

Xəbər lenti

Xəbər lenti