Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.İsmayılov/
Bakı Metropoliteni Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il qeyd edilən günlərdə normal rejimdə işləyəcək. Bu barədə Trend-ə cümə günü metropolitenin baş mühəndisi Elbrus Muradov deyib.
Onun sözlərinə görə, metropoliten 31 dekabrda normal rejimdə işləyəcək və həmin gün 700 min sərnişin daşımağı nəzərdə tutub.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Yeddi stansiya - "İçərişəhər", "Sahil", "28 May", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası" dərin enişlidir, "Bakmil" yerüstü stansiyadır, qalanları isə sütunlu dayaz enişlidir (cəmi 22 stansiya var). Tunellərin ümumi uzunluğu 32,9 km-dir. Son illər metronun tikintisinə təxminən 600 milyon manat məbləğində ayrılan vəsaitlər hesabına "Nəsimi" və "Azadlıq prospekti" stansiyaları, "28 May" stansiyasının ikinci çıxışı istismara verilib.