...

Azərbaycan Prezidenti Dövlət Neft Fondunun 2011-ci il büdcəsini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2010 20:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Azərbaycan Prezidenti Dövlət Neft Fondunun 2011-ci il büdcəsini təsdiq edib

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Təsdiq edilən büdcəyə əsasən, Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin gəlirləri 9 132 941,0 min manat, xərcləri 6 886 155,4 min manat səviyyəsində müəyyən edilib.

ARDNF-nin gələn il üçün Azərbaycan karbohidrogenlərinin satışından əldə etdiyi xalis gəlirləri 8 349 564,1 min manat; neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə) 148 024,4 min manat, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 498,5 min manat; neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 10 452 min manat; Fondun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 340 252,8 min manat, digər gəlirlər və daxilolmalar 900 min manat səviyyəsində müəyyən edilib.

Azərbaycanın qaz-kondensatı yatağı "Şahdəniz"in işlənməsinin birinci fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən daxilolmalar 283 249,2 min manat səviyyəsində proqnozlaşdırılır.

ARDNF-nin 2011-ci il büdcəsinin xərclər hissəsində qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 110 milyon manat; Azərbaycanın 2011-ci il dövlət büdcəsinə transfertlər 6,480 milyard manat; Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi 33,446 milyon manat; Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 110 milyon manat; Bakı-Tbilisi-Qars yeni dəmiryol layihəsinin maliyyələşdirilməsi 80,215 milyon manat; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi 15 milyon manat nəzərdə tutulub.

Azərbaycan Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 57 494,3 min manat səviyyəsində təsdiqlənib.

Azərbaycan Prezidentinin sərəncamı ilə 2011-ci il üçün Azərbaycan Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri, Fondun gələn il idarə edilməsi ilə bağlı xərclər smetası da təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti