Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Ü.İsmayılova/
2011-ci ildə Azərbaycanın sığorta bazarı təxminən 30 faiz artacaq. "Qarant Sığorta" sığorta şirkətinin idarə heyətinin sədri Vaqif Həsənov belə düşünür.
"Azərbaycanın sığorta bazarı icbari xidmət növlərinin tətbiqi, eləcə də avtonəqliyyat vasitələri sahiblərinin icbari sığortası üzrə tariflərin yüksəldilməsi sayəsində artacaq", - Həsənov qeyd edib.
Onun sözlərinə görə, bazarda ciddi artım müşahidə edilməsə də, o, tədricən bank kreditləşməsindən asılılığını azaltmağa başlayıb. Azərbaycanda sığorta bazarı tikintidə, eləcə də istehlak kreditlərinin sürətli artmasının canlanması dövründə ciddi şəkildə inkişaf etməyə başlayıb.
"Bu günə bu istiqamətlərdə artım tempinin azalması müşahidə edilir, bu isə əsaslı olaraq ölkənin sığorta bazarının həcminin azalmasına gətirib çıxartdı, - Həsənov bildirib. - Azərbaycanın sığorta bazarı daha könüllü olmağa başlayıb".
Şirkətin idarə heyətinin sədri hesab edir ki, 2011-ci ildə yerli bazarda bazarın tələblərinə cavab verməyən kiçik şirkətlərin satılması və ya birləşməsi mümkündür.
"Bu şirkətlər həm yerli bazar oyunçuları, həm də xarici investorlar tərəfindən alına bilər", - Həsənov əlavə edib.
Azərbaycanda 27 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. Yanvar-noyabrda şirkətlərin sığorta haqları 45,48 milyon manat ödənişlə 139,82 milyon manat təşkil edib. 2009-cu ildə sığorta haqları 53,07 milyon manat ödənişlə (49,81 milyon manat) 163,31 milyon manat (179,26 milyon manat) olub.