...

2010-cu ildə Azərbaycan-ABŞ sığorta şirkətinin yığımları 5 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2011 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Ü.İsmayılova/

ABŞ-ın "Chartis" (AIG Insurance) sığorta şirkətinin Azərbaycandakı törəmə strukturu "Chartis Azerbaijan" 2010-cu ildə 1,739 milyon manat məbləğində sığorta haqqı yığıb. Bu barədə bazar ertəsi şirkətdən bildiriblər.

2009-cu ildə fəaliyyətinin yekunları üzrə şirkətin sığorta haqları 1,187 milyon manat ödənişlə 1,651 milyon manat təşkil edib.

Yığımların 82 faizə yaxını və ya 1,421 milyon manat sığortanın könüllü növünün payına düşüb.

"Chartis Azerbaijan" şirkəti bədbəxt hadisələrdən və xəstəliklərdən sığorta üzrə 23,155 min manat məbləğində sığorta haqqı yığıb.

Şirkət hesabat dövrü ərzində əmlak sığortası üzrə 1,398 milyon manat yığıb. Bunun 834,443 min manatı əmlakın yanğın sığortasının və digər risklərin, 30,724 min manat yüklərin sığortası, 71,452 min manat dələduzluqdan sığortanın, 9 278 manat avtonəqliyyat vasitələrinin mülki məsuliyyət sığortasının, 493,594 min manat ümumi mülki məsuliyyət sığortasının, 50,489 min manat işəgötürənin məsuliyyət sığortasının payına düşüb.

Yığılan sığorta haqlarının 18,3 faizi və ya 317,844 min manatını yanğından icbari sığorta üzrə haqlar təşkil edib.

2010-cu ildə sığorta şirkəti 265,91 min manat məbləğində ödəniş edib. Bunun 260,31 min manatı əmlak sığortası, 5,6 min manatını isə bədbəxt hadisələrdən və xəstəliklərdən sığorta üzrə ödənişlər təşkil edib.

Şirkətin nizamnamə kapitalı 3,5 milyon manat təşkil edir. Şirkət sığortanın bir icbari, yeddi könüllü növü üzrə xidmət göstərir.

"Chartis" (AIG Insurance) əmlak və şəxsi sığorta sahəsində iri beynəlxalq təşkilatdır (həyat sığortasından başqa, digər sığortalar), dünyanın 160-dan çox ölkəsində və yurisdiksiyalarında 40 milyondan artıq müştəriyə xidmət edir. 90 illik tarixə, təklif olunan məhsul və xidmətlərin ən geniş spektrlərindən birinə, zərərin tənzimlənməsi və yüksək maliyyə davamlılığı sahəsində geniş təcrübəyə malik olan "Chartis" həm korporativ müştərilərə, həm də ayrı-ayrı şəxslərə istənilən risklərin əminliklə idarə olunmasında kömək edir.

Xəbər lenti

Xəbər lenti