...

SKOK Azərbaycana kredit ittifaqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsində kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2011 20:43 (UTC +04:00)
Azərbaycan Kredit İttifaqları Assosiasiyası kredit ittifaqları haqqında qanunvericilik bazasının dəyişdirilməsində müvafiq dövlət orqanlarının kredit kooperasiyalarının beynəlxalq təcrübələri ilə tanış olması məqsədilə ölkəyə Polşa Milli Kooperativ Əmənətləri və Kredit İttifaqları Assosiasiyasının Varşavadakı nümayəndə ofisinin direktoru Pavel Qjeşiki dəvət edib.
SKOK Azərbaycana kredit ittifaqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsində kömək edəcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) kredit ittifaqları haqqında qanunvericilik bazasının dəyişdirilməsində müvafiq dövlət orqanlarının kredit kooperasiyalarının beynəlxalq təcrübələri ilə tanış olması məqsədilə ölkəyə Polşadan beynəlxalq konsultant - Polşa Milli Kooperativ Əmənətləri və Kredit İttifaqları Assosiasiyasının (SKOK) Varşavadakı nümayəndə ofisinin direktoru Pavel Qjeşiki dəvət edib. Bu barədə AKİA-nın bazar ertəsi yaydığı məlumatda deyilir. Qjeşikin səfəri yanvarın 9-da başlayıb.

"Sosialist sisteminin dağılmasından sonra qısa bir dövr ərzində kredit korporasiyası xeyli irəliləyib. SKOK uzun müddətdir ki, Azərbaycanda kredit kooperasiyası prinsiplərinin inkişafına kömək edir", - məlumatda qeyd edilib.

Səfər zamanı Azərbaycan Mərkəzi Bankı, Milli Məclisi, Maliyyə Nazirliyi və Dünya Bankının Bakı ofisinin nümayəndələri ilə görüş nəzərdə tutulub. Səfərin yanvarın 20-dək davam edəcəyi gözlənilir.

Polşa mütəxəssisinin səfəri Dünya Bankı ("Azərbaycan Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi" - Agricultural Development and Crediting Project) layihəsi nəticəsində mümkün olub. Səfərin əsas məqsədi - Azərbaycan Respublikasının müvafiq məsul orqanları ilə ölkəmizdə qüvvədə olan kredit ittifaqlarına dair qanunvericiliyin dəyişdirilməsi üzrə sonraki məsləhətləri (konsultasiyaları) davam etdirməkdir.

Polşa Milli Kooperativ Əmənətləri və Kredit İttifaqları Assosiasiyası (SKOK) 1992-ci ildən uğurla fəaliyyət göstərir. Təşkilat Polşanın 62 kredit ittifaqının 1831 filialının tərkibində olan 2 milyondan artıq payçıları birləşdirir. Tərkibində olan kredit ittifaqlarının nizamnamə kapitalı isə 4 milyard avro təşkil edir.

Azərbaycan Kredit İttifaqları Assosiasiyasına (AKİA) 69 kredit ittifaqı üzvdür ki, onların da tərkibində 18 000-dən çox payçılar kredit ittifaqlarının xidmətlərindən yararlanırlar. Son vaxtlar Assosiasiya həm "Kredit İttifaqları haqqında" qanunun, həm də beynəlxalq standartlara cavab verməyən kredit ittifaqlarına dair qüvvədə olan qanunvericilik bazasının dəyişdirilməsi ilə bağlı yeni-yeni təşəbbüslərlə çıxış edir.

Xəbər lenti

Xəbər lenti