...

Bakı şəhəri Vergilər Departamentinin rəhbərliyi dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2011 14:57 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyində kadr dəyişikliyi davam edir. Bu günlərdə Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin rəhbəri dəyişilib.
Bakı şəhəri Vergilər Departamentinin rəhbərliyi dəyişib

Аzərbaycan, Bakı, 11 yanvar /Trend/

Azərbaycan Vergilər Nazirliyində kadr dəyişikliyi davam edir. Bu günlərdə Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin rəhbəri dəyişilib.

Vergilər naziri Fazil Məmmədovun əmri ilə Bakı şəhəri Vergilər Departamentinin rəisi Tariyel Quliyev tutduğu vəzifədən azad olunaraq nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin olunub.

Nazirin digər əmri ilə nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, Vergi Xidmətinin baş məsləhətçisi Alimpaşa Məmmədov Bakı şəhəri Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.

Bundan əvvəl nazirliyin mətbuat katibi vəzifəsində çalışan Fariz Səmədov Bakı şəhəri Vergilər Departamentinin rəis müavini təyin olunub.

Həmçinin, Azərbaycan Vergilər Nazirliyində nazirliyin mətbuat xidmətinin funksiyalarını da icra edəcək Analitik İnformasiya Şöbəsi yaradılıb. Şöbənin müdiri Mehdi Mirsəlimov təyin olunub.

Bakı şəhəri Vergilər Departamenti Vergilər Nazirliyinin vergiödəyicilərə xidmət göstərənlərin sayına görə ən böyük qurumudur. Bu vergi idarəsi həmçinin ticari hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirir. Bakı şəhəri Vergilər Departamentində üç müstəqil idarə fəaliyyət göstərir - bəyannamələrin qəbulu və yenidən hazırlanması, vergi borclarının məcburi alınması və vergiödəyicilərə xidmət idarəsi.

2011-ci ildə vergi tutulmalarının yığılması üçün proqnoz 865 milyon manat və ya bu ilə Vergilər Nazirliyi üçün ümumi planın 19,6 faizini təşkil edir.

Yanvarın 11-nə olan rəsmi məzənnə 0,7976 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti