...

EMTA fəaliyyət istiqamətlərinə dair 2026-cı ilin yanvar ayı üzrə nəticələri açıqlayıb

İqtisadiyyat Materials 10 Fevral 2026 11:07 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 1243 müraciət daxil olub.

Trend EMTA-ya istinadən xəbər verir ki, elektrik enerjisi təchizatı ilə bağlı 141-i məlumat üçün olmaqla 1000 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 6-sı məlumat xarakterli olmaqla 179 müraciət olunub. İstilik təchizatı ilə bağlı 4-ü məlumat üçün olmaqla cəmi 50 müraciət edilib. Digər məsələlərlə bağlı 3-ü məlumat üçün olmaqla cəmi 14 müraciət göndərilib.

Müraciətlərdən 573-ü Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (17 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 4 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 512 müraciət hazırda baxılma prosesindədir, 154 məlumat xarakterli müraciətdən 80-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 15 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 40 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 7 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 22 inzibati xəta haqqında işə baxılıb və inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunub.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 89 nəzarət tədbiri keçirilib.
Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 73 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 30 müəssisədə 79 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti