Bakı. Trend:
Fevralın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda
və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı,
10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar
yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə
əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti
olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə
sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı
var.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir
yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim
qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti,
dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta,
gündüz 0-5° şaxta olacaq.
Bəzi yolların buz bağlayacağı ehtimalı var.
