...

Son 2 ildə sosial istiqamətə büdcədən 32.7 milyard manat ayrılıb

Cəmiyyət Materials 10 Fevral 2026 11:26 (UTC +04:00)
Son 2 ildə sosial istiqamətə büdcədən 32.7 milyard manat ayrılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sonuncu növbədənkənar prezident seçkilərindən keçən müddətdə, yəni son 2 ildə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb. Sonuncu seçkilərdən sonra Azərbaycanda 6 milyard manatlıq yeni dəyər yaranıb. Ötən 2 ildə ÜDM 123 milyard manatdan 129.1 milyard manatadək artıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında deyib.

Millət vəkili bildirib ki, yalnız son 2 ildə dövlət büdcəsindən sosial istiqamətə 32.7 milyard manat vəsait ayrılıb.

“Bu il isə sosial istiqamətə 17.1 milyard manatın ayrılması nəzərdə tutulub. Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla 1.1 milyon yaxın vətəndaşlarımızın pensiyaları artırıldı.

Deputat vurğulayıb ki, son 2 ildə işğaldan azad olunan ərazilərimizin bərpasına yalnız dövlət büdcəsindən 9.8 milyard manat vəsait ayrılıb.

“Bütövlükdə isə, şanlı zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən 22.1 milyard manat vəsait xərclənib. Artıq işğaldan azad olunan ərazilərimizdə 75 mindən çox vətəndaşımız yaşayır və çalışır”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti