Bakı. Trend:
Merlər Razılaşmasının bir hissəsi olan Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (SECAP) Mingəçevirdə (Azərbaycan) tam icrası enerji və maliyyə qənaəti, emissiyaların azaldılması və “yaşıl” enerjinin payının artımını təmin edəcək.
Trend xəbər verir ki, bunu bu gün “Şərq Merləri Razılaş Razılaşması” təşəbbüsü çərçibəsində yerli dayanıqlı inkişaf üzrə əlaqələndirici Maksim Vereşçak Bakıda Azərbaycanın Energetika Nazirliyi və Avropa İttifaqı tərəfindən Bakıda təşkil olunmuş “Merlərin Razılaşması” təşəbbüsünə həsr olunmuş tədbirdə bildirib.
“Bizim ilk "sınaq" şəhərimiz Mingəçevirdir. Layihəyə dəstək çərçivəsində biz bələdiyyəyə Azərbaycanda ilk və regionda ilk SECAP sənədlərindən birinin hazırlanmasında kömək etmişik. Bu, 14 enerji layihəsini və iki adaptasiya layihəsini əhatə edən kifayət qədər iddialı bir layihədir. Əgər şəhər onu tam şəkildə həyata keçirə bilsə, bu, əhəmiyyətli qənaət, emissiyaların azalması və şəhər ərazisində ‘yaşıl’ enerjinin payının artmasına gətirib çıxaracaq”, – deyə o qeyd edib.
