...

TRIPP Özbəkistan üçün yeni üfüqlər aça bilər - Ekspert

İqtisadiyyat Materials 10 Fevral 2026 11:50 (UTC +04:00)
TRIPP Özbəkistan üçün yeni üfüqlər aça bilər - Ekspert
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), ilk növbədə, nəqliyyat-logistika infrastrukturunun inkişafı və ölkənin qlobal təchizat zəncirlərinə inteqrasiyası sahəsində Özbəkistan üçün yeni üfüqlər aça bilər.

Bunu Trend-ə Özbəkistanın tarix elmləri doktoru, professor Ranoxon Tursunova deyib.

“Bu təşəbbüs mövcud nəqliyyat dəhlizlərinin modernləşdirilməsini və yenilərinin yaradılmasını, multimodal daşımaların səmərəliliyinin artırılmasını, həmçinin gömrük idarəçiliyi və logistika sahəsində müasir standartların tətbiqini nəzərdə tutur”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, TRIPP çərçivəsində “yaşıl” enerjinin , dayanıqlı nəqliyyatın inkişafına və ticarətin rəqəmsallaşdırılmasına investisiyaların və qabaqcıl texnologiyaların cəlb olunması xüsusi əhəmiyyət kəsb edə bilər.

“Bu istiqamətlər Özbəkistanın dayanıqlı inkişaf, enerji səmərəliliyi və karbon izinin azaldılması sahəsində milli prioritetlərinə birbaşa uyğundur”, – deyə Tursunova vurğulayıb.

O qeyd edib ki, təşəbbüsün praqmatik və inklüziv şəkildə həyata keçiriləcəyi təqdirdə TRIPP ölkənin ticarət-iqtisadi və infrastruktur imkanlarının genişləndirilməsi alətinə çevrilə bilər.

“Layihənin təşviqinin siyasi konyunkturadan azad olması və praktiki nəticələrə hədəflənmiş olması vacibdir”, – deyə professor bildirib.

Ekspert həmçinin diqqətə çatdırıb ki, dünya dəniz limanlarına birbaşa çıxışı olmayan Mərkəzi Asiya dövlətləri üçün nəqliyyat marşrutlarının şaxələndirilməsi, logistika sistemlərinin modernləşdirilməsi və infrastruktura investisiyaların cəlb edilməsi strateji əhəmiyyət daşıyır.

“Bu kontekstdə TRIPP regionun əlaqəliliyinin möhkəmləndirilməsi və onun beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün əlavə amilə çevrilə bilər”, – deyə R. Tursunova yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti