...

ABŞ Polşaya müasir “Abrams” tanklarının ilk partiyasını göndərib

Dünya xəbərləri Materials 10 Fevral 2026 13:03 (UTC +04:00)
ABŞ Polşaya müasir “Abrams” tanklarının ilk partiyasını göndərib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə ABŞ istehsalı olan Abrams M1A2 SEPv3 tanklarının ilk partiyası Polşaya çatıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, barədə Polşa Müdafiə Nazirliyi yanında Silahlanma Agentliyi məlumat verib.

Məlumata əsasən, ümumilikdə 29 tank təhvil alınıb. Texnika Poznandakı WZMOT hərbi zavodunda əlavə sazlama və uyğunlaşdırma işlərindən keçəcək, bundan sonra isə Polşa Silahlı Qüvvələrinin silahlanmasına veriləcək.

Hazırda Polşa ordusunun silahlanmasında əvvəlki versiyalardan olan 116 ədəd “Abrams” tankı mövcuddur, eyni zamanda yeni modifikasiyalı tankların tədarükü davam edir. Ümumilikdə Polşa Silahlı Qüvvələrinin silahlanmasına 250 ədəd “Abrams M1A2 SEPv3” tankının qəbul edilməsi planlaşdırılır.

“Abrams M1A2 SEPv3” modeli kompozit zirehin tətbiqi, təkmilləşdirilmiş atəş idarəetmə sistemləri, qəlpəli-fuqas mərmilərdən atəş açmaq imkanı və bir sıra digər yeniliklərlə fərqlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti