...

Ötən ay Azərbaycanda neçə cütlük boşanıb? - AÇIQLAMA

Cəmiyyət Materials 10 Fevral 2026 11:54 (UTC +04:00)
Ötən ay Azərbaycanda neçə cütlük boşanıb? - AÇIQLAMA
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar ayı ərzində qeydə alınan nikah və boşanmaların sayı məlum olub.

Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, cari ilin yanvar ayı ərzində 2914 nikah qeydə alınıb.

Bildirilib ki, bu dövr ərzində 1779 nikah pozulub.

" 2026-cı ilin yanvar ayı ərzində 6243 ölüm qeydə alınıb", məlumatda bildirilir.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma halları qeydə alınıb. Keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə ölüm hallarının sayı isə 54582 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti