...

Ötən il dövlət qeydiyyatına alınan texnoloji nəqliyyat vasitələrinin sayı açıqlandı

Cəmiyyət Materials 10 Fevral 2026 10:38 (UTC +04:00)
Ötən il dövlət qeydiyyatına alınan texnoloji nəqliyyat vasitələrinin sayı açıqlandı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ötən il 990 hüquqi və fiziki şəxsin 1523 ədəd texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb.

Trend xəbər verir ki, bu fikirləri bu gün FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Götürülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev agentliyin 2025-ci il ərzində fəaliyyətinə dair hesabatı zamanı bildirib.

Agentlik sədri qeyd edib ki, 795 hüquqi və fiziki şəxsin 2016 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib.

“48 hüquqi və fiziki şəxsə məxsus 248 ədəd nəqliyyat vasitəsi təkrar qeydiyyata alınıb, 192 hüquqi və fiziki şəxsin isə 292 ədəd nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılıb”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti