...

TRIPP Mərkəzi Asiya ölkələrinin strateji maraqlarına cavab verir - Ekspert

Siyasət Materials 10 Fevral 2026 11:01 (UTC +04:00)
TRIPP Mərkəzi Asiya ölkələrinin strateji maraqlarına cavab verir - Ekspert
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”nun gerçəkləşdirilməsi Mərkəzi Asiya ölkələrinin strateji maraqlarına cavab verir.

Bu barədə Trend-ə beynəlxalq münasibətlər üzrə ekspert Tair Niqmanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın əsas ərazisini Ermənistan üzərindən Naxçıvan MR ilə birləşdirəcək bu yol Mərkəzi Asiya ölkələri üçün maraqlıdır, çünki əlavə nəqliyyat imkanları yaradır. Bu, xüsusilə dənizə çıxışı olmayan və yalnız Dünya okeanına çıxışı olmayan dövlətlərlə həmsərhəd olan Özbəkistan üçün mühüm əhəmiyyət daşıyır.

Ekspert qeyd edib ki, regionun bütün ölkələri dənizə çıxış marşrutunun tapılmasında maraqlıdır.

T. Niqmanov xatırladıb ki, hazırda region ölkələrinin yüklərin tranziti üçün dörd istiqaməti mövcuddur. “Əslində belə marşrutların sayı dörddür. Birinci və Qazaxıstan üçün ən çox istifadə olunan marşrut Rusiya Federasiyasının ərazisindən keçir. Daha sonra alternativlər mövcuddur: Xəzər dənizi, Qafqaz və Türkiyə üzərindən; Çin vasitəsilə; eləcə də cənub istiqaməti – Pakistan və Hindistan tərəfə”, – deyə o izah edib.

Bununla yanaşı, ekspert vurğulayıb ki, cənub marşrutları hələ də ən mürəkkəb və ən az işlənmiş istiqamətlər olaraq qalır. “Rusiya marşrutundan başqa ən real variant məhz Xəzər üzərindən Qafqaz istiqaməti hesab olunur”, – deyə T. Niqmanov bildirib.

O qeyd edib ki, yalnız bu yaxınlarda, Azərbaycanın embarqonu aradan qaldırmasından sonra Qazaxıstan buğdası ilk dəfə olaraq Ermənistana çatdırılıb. “Bu, ötən ilin mühüm hadisəsi idi, çünki Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasına baxmayaraq, sırf coğrafi səbəblərdən onunla ticarət uzun müddət ciddi şəkildə çətinləşmişdi”, – deyə T. Niqmanov izah edib.

Ekspertin fikrincə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması, eləcə də logistika sahəsində konkret investisiya layihələrinin həyata keçirilməsi Qazaxıstanın maraqlarına uyğundur. Çünki Qazaxıstan kənd təsərrüfatı məhsulları üçün daim satış bazarları, həmçinin idxal və ixrac üçün dayanıqlı marşrutlar axtarır. Bu səbəbdən, T. Niqmanovun sözlərinə görə, Qazaxıstan TRIPP layihəsini dəstəkləyir.

O əlavə edib ki, Qazaxıstan regionun digər ölkələri kimi çoxvektorlu siyasət yürüdür və ölkənin gündəliyində yalnız qonşularla yaxşı münasibətlərin qorunması deyil, həm də bütün dövlətlərlə əlaqələrin inkişafı dayanır.

T. Niqmanov vurğulayıb ki, ABŞ ilə münasibətlər Qazaxıstan üçün böyük əhəmiyyət daşıyır.

“ABŞ iqtisadiyyatımıza sərmaye qoyan əsas investorlarlardan biridir. Keçən il dövlət başçımızın ABŞ-a iki mühüm səfəri baş tutub. Sentyabrda – BMT Baş Assambleyasının ümumi debatlarında iştirak etmək üçün getmişdi - bu illik səfər sayılır. Ardınca, ay yarım keçdikdən sonra Prezident ‘Mərkəzi Asiya + ABŞ’ sammitində iştirak etmək üçün yenidən ABŞ-a səfər edib”, – deyə o bildirib.

Ekspert qeyd edib ki, bu səfərlərin yekununda mühüm razılaşmalar əldə olunub. Onların sırasında ABŞ-nin “Wabtec” şirkətinin Qazaxıstanın dəmir yolu sektoruna 4 milyard ABŞ dollarından artıq investisiya yatırması barədə saziş də var.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.

Sənəddə həmçinin regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti