...

"Bank of Baku" "Nümunəvi müştəri" uduşunun beşinci qalibinin adını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2011 12:22 (UTC +04:00)
"Bank of Baku" ASC "Nümunəvi müştəri" adlı həvəsləndirici kampaniyasının beşinci uduşunu keçirib.
"Bank of Baku" "Nümunəvi müştəri" uduşunun beşinci qalibinin adını açıqlayıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

"Bank of Baku" ASC "Nümunəvi müştəri" adlı həvəsləndirici kampaniyasının beşinci uduşunu keçirib. Tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda "Bank of Baku"da uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 57 955 müştərinin xüsusi identifikasiya kodu iştirak edib.

Bankın cümə axşamı yaydığı məlumata görə, "Bank of Baku"dan 1000 manatı qazanan "Nümunəvi müştəri" Sumqayıt şəhəri sakini, 2 saylı musiqi məktəbinin müəlliməsi Mahmudova Leyla olub.

Əsas qaliblə yanaşı hər biri 200 manat udan daha beş qalib müştəri müəyyən olunub.

"Nümunəvi müştəri" kampaniyası 2010-cu il avqustun 5-dən 2011-cu il avqustun 5-dək keçirilir. Uduşlar hər ayın ilk həftəsinin sonuncu iş günü keçirilir. "Nümunəvi müştəri" kampaniyası borc götürənlərin kredit ödənişlərini vaxtında ödəmələrinə həvəsləndirmək üçün nəzəzrdə tutulub.

Kampaniyanın ümumi mükafat fondu 24 000 manat təşkil edir.

Yanvarın 13-nə rəsmi məzənnə 0,7975 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti