...

Azərbaycanın iri lizinq şirkətinin portfeli il ərzində 3,3 dəfə azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2011 20:23 (UTC +04:00)
2011-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın iri lizinq şirkətlərindən biri "AGLeasing"in portfeli 2010-cu il dekabrın 1-nə 3,143 milyon manata nisbətdə 3,013 milyon manat təşkil edib.
Azərbaycanın iri lizinq şirkətinin portfeli il ərzində 3,3 dəfə azalıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Ü.İsmayılova/

2011-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın iri lizinq şirkətlərindən biri "AGLeasing"in portfeli 2010-cu il dekabrın 1-nə 3,143 milyon manata nisbətdə 3,013 milyon manat təşkil edib. Bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Bu dövr ərzində cəlb edilən ümumi lizinq müqavilələrinin sayı 103 təşkil edib. Bu göstərici əvvəlki ayda 105 olub. Lizinqə verilmiş avadanlığın ümumi məbləği 5,553 milyon manat təşkil edib. Bu göstərici 2010-cu il dekabrın 1-nə 5,717 milyon manat olub.

2010-cu il yanvarın 1-nə olan məlumata görə, "AGLeasing"in portfeli 9,856 milyon manat təşkil edib. Bu dövr ərzində cəlb edilən lizinq müqavilələrinin ümumi sayı 131, lizinqə verilmiş avadanlığın ümumi həcmi 10,076 milyon manat təşkil edib.

"AGLeasing" QSC lizinq portfelinin həcminə görə Azərbaycanda aparıcı lizinq şirkətləri qrupuna daxildir. Şirkətin müştəriləri həm hüquqi, həm də fiziki şəxslər - sahibkarlardır.

"AGLeasing" 2005-ci ildə təsis olunub. Şirkətin nizamnamə kapitalı bir milyon manat təşkil edir. O, əsasən üç sahə - nəqliyyat, ticarət və tibb üzrə avadanlıqları lizinqə verir. Lizinqin şərtləri belədir: 60 ay müddətinə, 20 faizdən 50 faizədək ilkin ödənişlə və 20 faizdən 24 faizədək dərəcə ilə.

"AGBank"ın şirkətdə iştirak payı 35 faiz, İngiltərənin "Hiperion Capital Management" şirkəti - 30 faiz, Amerikanın "Delta Trans LLC" şirkəti - 25 faiz, İngiltərənin "Milio Leasing Limited" şirkətinin iştirak payı isə 10 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti