...

Azərbaycanda polietilen torbaların istehsalına qarşı sanksiya tətbiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2011 18:14 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti polietilen torbaların istehsalına görə "Qayğı" şirkətinin qarşı maliyyə sanksiyası tətbiq edib.
Azərbaycanda polietilen torbaların istehsalına qarşı sanksiya tətbiq olunub

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti polietilen torbaların istehsalına görə "Qayğı" şirkətinin qarşı maliyyə sanksiyası tətbiq edib. Bu barədə cümə günü nazirlikdən məlumat verilib.

Bundan əvvəl Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərini pozma faktı üzrə iş açmışdı.

Məlumatda deyildiyi kimi, "Haqsız rəqabət haqqında" qanunun tələblərinə pozduğuna görə şirkətə qarşı 3,7 min manat həcmində maliyyə sanksiyası tətbiq olunub.

Yanvarın 14-nə olan rəsmi məzənnə 0,7974 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti