...

Azərbaycan bankı "Muğanbank" "WorldBusiness Capital Inc" fondundan ilk kreditini alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2011 13:51 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən "Muğanbank" ASC ABŞ-ın "WorldBusiness Capital Inc" ("WBC") investisiya fondu ilə 10 milyon dollar məbləğində kredit sazişi imzalayıb. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycan bankı "Muğanbank" "WorldBusiness Capital Inc" fondundan ilk kreditini alıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda fəaliyyət göstərən "Muğanbank" ASC ABŞ-ın "WorldBusiness Capital Inc" ("WBC") investisiya fondu ilə 10 milyon dollar məbləğində kredit sazişi imzalayıb. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Saziş Xarici Özəl İnvestisiyalar Korporasiyası ("OPIC") tərəfindən təsdiq edilib. Cəlb olunmuş kreditin müddəti 10 ildir və kredit vəsaiti Azərbaycanda kiçik və orta müəssisələrin layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Kredit vəsaiti ilə ilk növbədə tikinti, kənd təsərrüfatı, nəqliyyat, həmçinin xidmət sahələrində fəaliyyət göstərən borcalanlar təmin olunacaqlar.

Bankın baş ofisindən verilən məlumata əsasən, hazırkı kredit WBC tərəfindən "Muğanbank" ASC-yə ayrılmış ilk maliyyə vəsaitidir. Vəsait "Muğanbank" ASC-yə bankın strategiyasının əsas komponenti olan kiçik və orta biznesin fasiləsiz kreditləşməsini təmin etmək və bununla da yeri sahibkarların kreditə olan yüksək tələbatını ödəmək imkanı verəcək.

"Muğanbank" ASC Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında 1992-ci ildə təsis olunub. Bankın filial şəbəkəsi bütün ölkə üzrə 30 filialdan ibarətdir və beləliklə, bank paytaxtdan uzaqda yerləşən regionlarda da kiçik və orta sahibkarların maraqlarını təmin edə biləcək.

Xəbər lenti

Xəbər lenti