...

AM Best AXA-nı xalis mükafatların həcminə görə dünyanın ən iri sığortaçısı elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2011 15:02 (UTC +04:00)
AM Best agentliyinin mülahizəsinə görə, xalis mükafatların həcmi üzrə dünyanın ən iri sığortaçısı Fransada yerləşən AXA şirkətidir. Bu barədə bazar ertəsi yayılan məlumatda deyilir.
AM Best AXA-nı xalis mükafatların həcminə görə dünyanın ən iri sığortaçısı elan edib

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir Ü.İsmayılova/

AM Best agentliyinin mülahizəsinə görə, xalis mükafatların həcmi üzrə dünyanın ən iri sığortaçısı Fransada yerləşən AXA şirkətidir. Bu barədə bazar ertəsi yayılan məlumatda deyilir.

AM Best dünyanın sığorta şirkətlərinin illik reytinqilə hesabatını açıqlayıb.
Məlumatda bildirilir ki, Avropada bərqərar olan yüksək uçuculuğun, suveren borclar böhranının və sərmayədarların əhval-ruhiyyəsinin sürətlə dəyişməsinin fonunda, AXA öz rəqiblərindən xeyli yüksəkdə yer tutub.

Öz hesabatında 2009-cu ilin sonu üçün önun 1,1 trilyon ABŞ dolları dəyərində aktivlərinin mövcud olduğunu göstərmiş Japan Post Insurance şirkəti müvafiq reytinqdə birinci olub.

Dünyanın ən iri 25 sığortaçısının iki reytinqi (biri aktivlərin həcminə görə, digəri isə qəbul olunmuş xalis mükafatların həcminə görə) əlavə tədqiqatlar aparılmaqla AM Best agentliyinin Bestlink sistemindən alınmış məlumata əsaslandırılıb. Siyahı 2009-cu il üçün olan maliyyə yekunlarına əsaslanıb, çünki, bütün dünya üzrə sığortaçıların hesabatlılığa olan tələbləri müxtəlifdir və müxtəlif hesabat dövrləri mövcuddur. Bundan əlavə, əldə edilmiş nəticələrdə valyutaların və hesabatlılığın müxtəlifliyinə düzəliş edilib.

Xatırladaq ki, bu yaxınlardan etibarən dünyanın ən iri sığortaçısı Azərbaycanda da təmsil edilib. Ötən ilin oktyabr ayında AXA şirkəti, özünün ispaniyalı "törəməsi" olan AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros-un vasitəsi ilə, Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan MBASK-ın səhmlərinin nəzarət paketini əldə edib. Bu gün, dünyanın ən iri sığorta şirkəti Azərbaycanda öz fəaliyyətini həyata keçirir.

Hesabatın nəticələrini şərh edərək, АХА MBASK-ın idarə heyəti sədrinin birinci müavini Rəşad Abbasov qeyd etdi ki, artıq neçə ildir ki, АХА dünya reytinqinin ən yüksək sətirlərində yer tutur və sığortalanmanın qlobal liderlərindən biridir. Azərbaycan sığorta bazarının inkişaf etdirilməsi üçün, dünyanın ən iri oyunçularının Azərbaycan bazarında təmsil olunması çox mühümdür, axı məhz ən yaxşı dünya sığortaçıları dünya sığorta bazarında olan ən yaxşını bazara gətirə bilərlər.

"A.M.Best" reytinqinin tarixi 100 ildən artıqdır. Agentlik 1899-cu ildə yaradılıb. Hazırda onun ofisləri ABŞ-da, Böyük Britaniyada və Honkonqda yerləşib. Müstəqil Best reytinqi sığorta və təkrar sığorta şirkətlərinə verilir. Təhlil şirkətin balans dayanıqlılığının, operativ işinin və onun biznes-profilinin kəmiyyət və keyfiyyət baxımından tam qiymətləndirilməsinə əsaslanır.

Xəbər lenti

Xəbər lenti