...

Azərbaycanda istehlak bazarının həcmi ötən il 9 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2011 19:41 (UTC +04:00)
2010-cu ildə Azərbaycan əhalisi ölkənin ticarət obyektlərindən 13,7 milyard manat ərzaq və qeyri-ərzaq malları alıb ki, bu da 2009-cu ildəkinə nisbətən 9 faiz çoxdur.
Azərbaycanda istehlak bazarının həcmi ötən il 9 faiz artıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

2010-cu ildə Azərbaycan əhalisi ölkənin ticarət obyektlərindən 13,7 milyard manat ərzaq və qeyri-ərzaq malları alıb ki, bu da 2009-cu ildəkinə nisbətən 9 faiz çoxdur. Bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinin rəsmi saytında dərc edilən məlumatda deyilir.

Mal dövriyyəsinin 14,7 faizi hüquqi şəxslərin, 45,4 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 39,9 faizi yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşıb.

Hesabat dövrü ərzində əhaliyə 4,7 milyard manatlıq və ya 10,8 faiz pullu xidmətlər göstərilib. Xidmətlərin 77,9 faizi hüquqi, 22,1 faizi fiziki şəxslərin payına düşüb və onların tərəfindən əhaliyə 7,6 və 23,6 faiz çox pullu xidmət göstərilib.

Əhaliyə satılan 8,8 milyard manatlıq ərzağın 4,9 milyard manatı qeyri-ərzaq mallarının payına düşür. Onların satışı müvafiq olaraq 7,5 və 13,8 faiz artıb.

Xəbər lenti

Xəbər lenti