...

2010-cu il ərzində Azərbaycanın ÜDM-i 5 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2011 17:28 (UTC +04:00)
2010-cu il ərzində Azərbaycanın ÜDM-i 2009-cu ilin analoji dövr göstəricisi ilə müqayisədə 5 faiz və ya 1,8 milyard manat artıb.
2010-cu il ərzində Azərbaycanın ÜDM-i 5 faiz artıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir N.İsmayılova/

2010-cu il ərzində Azərbaycanın ÜDM-i 2009-cu ilin analoji dövr göstəricisi ilə müqayisədə 5 faiz və ya 1,8 milyard manat artıb. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən deyiblər. Cari qiymətlərdə ÜDM göstəricisi 41,6 milyard manat təşkil edib. Adambaşına düşən ÜDM-in həcmi 4653,3 manat (5797,8 dollar) təşkil edərək 3,7 faiz artıb.

2010-cu ildə il ərzində 7,9 faiz artan qeyri-neft sektorunun payı ÜDM-də 44,4 faiz təşkil edib, 48,5 faiz neft-qaz sektorunun və emalın payına düşüb, 7,1 faiz əlavə dəyər vergisi məhsul və idxal sayəsində xalis gəlirlər hesabına yaradılıb.

İqtisadiyyatın bütün sahələrində məhsul istehsalının həcmi 3,8 faiz artaraq ÜDM-in 65,5 faizini təşkil edib. Burada ÜDM-in 52,6 faizi (21,9 milyard manat) sənayenin payına düşür. Xidmətlər sahəsində əlavə dəyərin istehsalı 2009-cu illə müqayisədə 7,2 faiz artaraq ÜDM-in 27,4 faizini təşkil edib.

2010-cu il ərzində kənd təsərrüfatı, ov sektoru və meşəçilikdə 2,2 milyard manat əlavə dəyər istehsal olunub ki, bu da ümumi ÜDM-in 5,4 faizini təşkil edir, tikinti sektorunda 3,1 milyard manat (7,5 faiz), nəqliyyat və anbar təsərrüfatı sektorunda 2,5 milyard manat (6 faiz), rabitə və poçt xidmətləri sektorunda 788,4 milyon manat (1,9 faiz), sosial və digər xidmətlərin göstərilməsində 4,9 milyard manat (11,9 faiz), pərakəndə və topdansatış ticarətdə, eləcə də avtomobil və motosikletlərin təmirində 2,75 milyard manat (6,6 faiz) əlavə dəyər istehsal edilib.

Xəbər lenti

Xəbər lenti