...

Azərbaycan 2010-cu ildə minik avtomobillərinin istehsalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2011 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

2010-cu ilin yanvar-noyabr aylarında Azərbaycana 47,18 min minik avtomobili idxal edilib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 19 faiz azdır. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən bildiriblər.

Məlumata görə, ötən ilin yanvar-noyabrında gətirilən minik avtomobillərinin ümumi dəyəri 408,3 milyon dollar təşkil edib ki, bu da 2009-cu ilin analoji dövr göstəricisindən 1,4 faiz azdır.

Yanvar-noyabrda Azərbaycana 3,9 min ədəd yük avtomobili gətirilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 30,1 faiz azdır. Gətirilən avtomobillərin ümumi dəyəri 89,5 milyon dollara yaxın olub ki, bu da 2009-cu ilin eyni dövründə qeydə alınan göstəricidən 5,6 faiz çoxdur.

Yanvar- noyabrda respublikaya 760 ədəd avtobus idxal edilib ki, bu da 2009-cu ilin yanvar-noyabr göstəricisindən 14 faiz azdır. Yanvar-noyabrda gətirilən avtobusların ümumi dəyəri 37,1 milyon dollar olub ki, bu da 2009-cu ilin müvafiq dövr göstəricisindən 13,1 faiz azdır.

2010-cu ildə Azərbaycanda 767 ədəd yük avtomobili istehsal olunub. Eləcə də ölkədə 490 ədəd minik avtomobili istehsal olunub ki, bu da 2009-cu ilin göstəricisindən 16,3 dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti