...

2010-cu ilin yekunlarına görə Azərbaycanda inflyasiya 5,7 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2011 14:30 (UTC +04:00)
2010-cu ilin dekabrında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayına nisbətdə 1,4 faiz artıb. 2010-cu ildə isə 2009-cu illə müqayisədə 5,7 faiz artıb. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən məlumat verilib.
2010-cu ilin yekunlarına görə Azərbaycanda inflyasiya 5,7 faiz təşkil edib

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir N.İsmayılova/

2010-cu ilin dekabrında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayına nisbətdə 1,4 faiz artıb. 2010-cu ildə isə 2009-cu illə müqayisədə 5,7 faiz artıb. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ərzaq mallarının qiymətləri dekabrda iki faiz, qeyri-ərzaq malları 0,9 faiz, xidmət tarifləri 0,2 faiz artıb.

2009-cu illə müqayisədə 2010-cu ildə ərzaq mallarının qiymətləri 7,2 faiz, qeyri-ərzaq malları 2,3 faiz,xidmət sahəsində tariflər -4,3 faiz artıb.

Dekabrda istehlak qiymətlərinin bazis indeksi ötən ayla müqayisədə 0,8 faiz, 2009-cu illə müqayisədə 3,5 faiz artıb.

Xəbər lenti

Xəbər lenti