...

Azərbaycan bankı Kapital Bank-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2011 20:19 (UTC +04:00)
"Kapital Bank" ASC-nin baş ofisində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Azərbaycanın istiqlalı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Azərbaycan bankı Kapital Bank-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

"Kapital Bank" ASC-nin baş ofisində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Azərbaycanın istiqlalı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən "Kapital Bank" ASC-nin idarə heyətinin sədri Elmar Məmmədov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qırğınları xalqımıza qarşı terror kimi qiymətləndirib. O, 20 Yanvar hadisəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğunu bildirib.

Məmmədov bu hadisələrə ilk siyasi qiymətin həmin dövrdə Moskvada yaşayan ümummilli lider Heydər Əliyev tərəfindən verilməsi, ulu öndərin dünya ictimaiyyəti qarşısındakı bəyanatında imperiyanın xalqımıza qarşı apardığı siyasətin ifşa edilməsi faktını diqqətə çatdırıb.

Məmmədov vurğulayıb ki, müasir tariximizin ən ağrılı faciələrindən olmasına rəğmən, 20 Yanvar hadisələri həm də xalqımızın qəhrəmanlıq əzminin nümayişidir. Azərbaycan xalqı Vətənin azadlığı uğrunda şəhidlik məqamına yüksəlmiş insanların xatirəsini heç zaman unutmayacaq.

Xəbər lenti

Xəbər lenti