...

Azərbaycan Mərkəzi Bankı aviasiya parkının yenilənməsinə birbaşa kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2011 11:37 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) "AZAL" QSC-yə ("Azərbaycan Hava Yolları") dövlət zəmanəti ilə 300 milyon manatdan çox məbləğdə uzunmüddətli kredit ayırıb.
Azərbaycan Mərkəzi Bankı aviasiya parkının yenilənməsinə birbaşa kredit ayırıb

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) "AZAL" QSC-yə ("Azərbaycan Hava Yolları") dövlət zəmanəti ilə 300 milyon manatdan çox məbləğdə uzunmüddətli kredit ayırıb. Bu barədə cümə axşamı jurnalistlərə AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov deyib.

"Kredit QSC-nin aviasiya parkının yenilənməsinə, xüsusilə də Naxçıvan istiqamətində reyslərin yerinə yetirilməsinə yönəlib. Çünki hazırda bu park köhnəlib və onun təkmilləşdirilməsi tələb olunur", - Rüstəmov bildirib.

Onun sözlərinə görə, kredit "AZAL"a praktiki olaraq tam ayrılıb, yalnız son tranş qalıb.

"Kredit güzəştli şərtlərlə illik 4 faizlə 12 il müddətinə verilib", - AMB rəhbəri qeyd edib.

Bu, Mərkəzi Bankın tarixində dövlət zəmanəti ilə ölkənin strateji müəssisələrinin maliyyələşdirilməsinə ayrılan dördüncü birbaşa kredit olub.

750 milyon manat məbləğində birinci kredit ARDNŞ-yə yeddi il müddətinə illik iki faizlə, ikincisi isə (202 milyon manat) "Azəralüminium" ASC-yə 10 il müddətinə illik üç faizlə ayrılıb. 300 milyon manat məbləğində üçüncü kredit isə "Azərenerji" ASC-yə ayrılıb.

Xəbər lenti

Xəbər lenti