...

Azərbaycanın sığorta şirkəti "AtaSığorta" 2010-cu ildə yığımları təxminən 41 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2011 20:08 (UTC +04:00)
"AtaSığorta" şirkətinin 2010-cu il ərzində topladığı sığorta haqları 4,240 milyon manat təşkil edib ki, bu da 2009-cu il ilə ilə müqayisədə 40,8 faiz çoxdur.
Azərbaycanın sığorta şirkəti "AtaSığorta" 2010-cu ildə yığımları təxminən 41 faiz artırıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

"AtaSığorta" şirkətinin 2010-cu il ərzində topladığı sığorta haqları 4,240 milyon manat təşkil edib ki, bu da 2009-cu il ilə ilə müqayisədə 40,8 faiz çoxdur. Bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir.

2010-cu il ərzində sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən il ilə müqayisədə 48 faiz artaraq 1,070 milyon manat təşkil edib.

Şirkətin ümumi gəlirləri ötən il ərzində 6,062 milyon manat, ümumi xərcləri 5,212 milyon manat olmaqla, balans mənfəəti 0,850 milyon manat təşkil edib.

"AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət sığortanın 23 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir.

Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 4,8 milyon manat təşkil edir.

Yanvarın 24-nə olan rəsmi məzənnə 0,7974 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti