...

2010-cu ildə Azərbaycanda hüquqi şəxslərin sayı təxminən 4 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2011 19:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda 2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin sayı 3,9 faiz artaraq 93 416 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Azərbaycanda hüquqi şəxslərin sayının artması əsasən daşınmaz əmlak sahəsində, maliyyə və sığorta fəaliyyətində, digər sahələrdə xidmətin göstərilməsi, peşə, elmi və texniki fəaliyyət, təhsil, informasiya və rabitə sahəsində aparılan əməliyyatlar sayəsində olub.

Hüquqi şəxslərin pərakəndə və topdansatış, avtomobillərin və motosikletlərin təmiri sahəsində payı qeydə alınan şəxslərin ümumi sayının 37 faizini təşkil edir, 12,8 faiz - kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 12,5 faiz - xidmət və digər sahələrdə, 10,2 faiz - tikinti sahəsində, 7,3 faiz - emal sferasında, 5,2 faiz - inzibati və yardımçı xidmətlər sahəsində təşkil edir.

Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslərin ümumi sayından 84,5 faiz - xüsusi mülkiyyət sahibləri, 3,4 faiz - dövlət mülkiyyəti, 10,1 faiz - 100 faizli xarici kapitallı mülkiyyət, 1,9 faiz - birgə müəssisələrdir.

Statistika vahidlərinin dövlət registrində tamamilə xarici və birgə müəssisələr əsasən Türkiyə (30,8 faiz), Böyük Britaniya (11 faiz), Rusiya (7,4 faiz), İran (6,1 faiz), ABŞ (5,5 faiz) və Almaniyadan (2,7 faiz) olan sahibkarlar tərəfindən qeyd alınıb.

2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda kiçik müəssisələrin sayı 77 225 ədəd təşkil edib. Onlar qeydə alınan hüquqi şəxslərin 87,3 faizini təşkil edib. Onların çox hissəsi əsasən ticarət (38,5%), kənd təsərrüfatı (38,5%), tikinti (12%) sahəsində cəmləşib.

İlin əvvəlinə hüquqi şəxs kimi qeydə alınmayan özəl sahibkarların sayı 306 933 nəfər təşkil edib. Özəl sahibkarların çox hissəsi ticarət - 42,5 faiz, nəqliyyat - 19,7 faiz, xidmətlər - 11,1 faiz və kənd təsərrüfatı - 9,4 faiz sahəsində cəmləşib.

Xəbər lenti

Xəbər lenti