...

Azərbaycanda 2012 və sonrakı illər üçün dövlət büdcəsi proqnozlarının hazırlığına start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2011 19:03 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti ölkə Prezidentinə dövlət büdcəsi layihələrinin, sosial-iqtisadi inkişaf konsepsiyalarının və 2012-ci il üçün proqnoz göstəricilərinin vaxtında təqdim edilməsi haqqında sərəncam verib.
Azərbaycanda 2012 və sonrakı illər üçün dövlət büdcəsi proqnozlarının hazırlığına start verilib

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Nazirlər Kabineti ölkə Prezidentinə dövlət büdcəsi layihələrinin, sosial-iqtisadi inkişaf konsepsiyalarının və 2012-ci il üçün proqnoz göstəricilərinin vaxtında təqdim edilməsi haqqında sərəncam verib. Trend-in məlumatına görə, bu barədə cümə günü Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən xəbərində deyilir.

2012-ci il və sonrakı üç il üçün Azərbaycanın dövlət büdcəsinin və icmal büdcəsinin layihələri 2011-ci il sentyabrın 15-dən gec olmayaraq Nazirlər Kabinetinə təqdim edilməlidir.

İqtisadi İnkişaf Nazirliyi sentyabrın 10-dək Nazirlər Kabinetinə 2012 və sonrakı üç il üçün sosial-iqtisadi inkişaf konsepsiyasını və icmallı maliyyə balansını, eləcə də qanunvericiliklə nəzərdə tutulan digər sənədləri təqdim etməlidir.

Maliyyə Nazirliyi bir ay ərzində Nazirlər Kabinetinə dövlət və icmal büdcəsinin gəlirli və məxaric maddələrinin formalaşdırılması üzrə dövlət komissiyasının yaradılması ilə bağlı təklifləri təqdim etməlidir.

Dövlət Statistika Komitəsi fevralın 5-dək İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə cari il üçün orta təcili iqtisadi və sosial proqramların dəqiqləşdirməsi məqsədilə 2010-cu il ərzində ilkin statistik məlumatları təqdim etməlidir. Bundan başqa, Maliyyə, İqtisadi İnkişaf və Vergilər nazirliklərinə gələn il və sonrakı üç il üçün ölkənin ictimai-iqtisadi konsepsiyasının, büdcəsinin və ümumi maliyyə balansının layihəsinin hazırlanması məqsədilə statistik məlumatları təqdim etməlidir.

Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar 2012-ci il dövlət büdcəsinin icrasının təmin edilməsi üçün Nazirlər Kabinetinin qanunvericilik aktlarına əlavə və dəyişikliklər barədə təkliflərini 2011-ci il martın 1-dən gec olmayaraq təqdim etməlidirlər.

Dövlət Sosial Müdafiə Fondu və Dövlət Neft Fondu İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə 2012-ci il və sonrakı üç il üçün öz büdcələrinin ilkin layihələrini martın 15-dək, dəqiqləşdirilmiş variantı isə iyulun 1-dək təqdim etməlidirlər.

2012 və sonrakı üç il üçün Azərbaycanın dövlət büdcəsi layihəsinin ilkin göstəriciləri (gəlirlər, xərclər və kəsir) Maliyyə Nazirliyi tərəfindən hazırlanmalı və aprelin 10-dək, dəqiqləşdirilmiş variantı isə sentyabrın 5-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim edilməlidirlər. İqtisadi İnkişaf Nazirliyi Maliyyə Nazirliyinə inkişaf konsepsiyasının ilkin variantını və proqnoz göstəricilərini martı 1-dək, dəqiqləşdirilmiş variantı isə avqustun 1-dək təqdim etməlidirlər. Avqusta qədər

Nəqliyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırılmış şəkildə İqtisadi İnkişaf Nazirliyinə "Avtomobil yolları hədəfli büdcə fondunun ilkin variantını, Maliyyə Nazirliyi isə dövlət zəmanəti ilə alınan vergilər fondunun ilkin variantını martın 15-dək, dəqiqləşdirilmiş variantları isə iyulun 1-dək təqdim edilməsi tapşırılıb.

Sərəncam 28 yanvar 2011-ci il tarixdə qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti