...

Azərbaycanın neft-qaz sahəsinə investisiyaların cəlb edilməsindəki uğurunu qeyri-neft sektorunda təkrarlaması vacibdir - AYİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2011 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan iqtisadiyyatın qeyri-neft sektoru ilə bank sektorunun vasitəçiliyinin dəstəklənməsi üçün ölkə hökuməti birləşməyə və rəqabətin inkişafına kömək etməlidir ki, bu da beynəlxalq strateji bank qruplarına daxil olmaq yolu ilə mümkündür. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı nümayəndəliyinin rəhbəri Frensis Deley bildirib.

"Azərbaycanın neftdən və qazdan asılılığının azaldılması, iş yerlərinin açılması və davamlı artıma nail olmaq məqsədilə hökumət iqtisadi inkişafın strategiyası kimi onun şaxələndirilməsini qəbul edib", - nümayəndəliyin rəhbəri bildirib.

Onun sözlərinə görə, bunun üçün hökumət biznes üçün əlverişli şərait yaratmalıdır.

"Azərbaycan neft və qaz sektorunda sərmayədarlar üçün əlverişli əməliyyat mühitinin yaradılması yolu ilə uğurla iri investisiyalar cəlb edir. Hökumətin iqtisadiyyatın qeyri-neft sektoruna da investisiyaların cəlb edilməsi üçün bu uğuru təkrarlaması vacibdir", - Deley bildirib.

Qısamüddətli perspektivdə hökumət vergi və gömrük inzibatçılığının optimallaşdırılmasını, rəqabətin təşviqini təmin etməlidir.

"Xarici strateji sərmayədarların gəlişi şaxələndirmə səylərini və "nou-hou"nun tətbiqini dəstəkləyəcək", - o, bildirib.

Onun fikrincə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə bağlı danışıqların başa çatması gömrük rejiminin yaxşılaşdırılması və sərhəd vasitəsilə ticarətin asanlaşdırılması hesabına qeyri-neft ixracının inkişafına yardım edəcək.

Deley hesab edir ki, Azərbaycan qlobal maliyyə böhranına nisbətən yaxşı tab gətirib. 2010-cu ildə ölkədə ÜDM beş faiz artıb. Bu zaman neft sektorunda artım üç, qeyri-neft sektorunda isə 8 faiz (2009-cu illə müqayisədə müvafiq olaraq 15 və 3 faiz) olub.

"Dünya bazarlarında neftin qiymətləri bərpa olunduğundan ümumi büdcə balansı yaxşılaşıb", - Deley hesab edir.

Xəbər lenti

Xəbər lenti