...

Azərbaycan, Rusiya və İran yeni dəmir yolunun inşası çərçivəsində İB yaradırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2011 19:00 (UTC +04:00)
Azərbaycan, Rusiya və İranın dəmir yol idarələrinin rəhbərləri fevralın 7-si Tehranda “Şimal-Cənub” dəmir yol nəqliyyat dəhlizi layihəsi çərçivəsində birgə müəssisənin yaradılması barədə saziş imzalayacaqlar. Bu barədə çərşənbə günü Trend-ə İranın dəmir yol idarəsinin beynəlxalq şöbəsinin rəhbəri Abbas Nəzəri deyib.
Azərbaycan, Rusiya və İran yeni dəmir yolunun inşası çərçivəsində İB yaradırlar

Azərbaycan, Bakı, 1 fevral /Trend,müxbir Т. Cəfərov/

Azərbaycan, Rusiya və İranın dəmir yol idarələrinin rəhbərləri fevralın 7-si Tehranda "Şimal-Cənub" dəmir yol nəqliyyat dəhlizi layihəsi çərçivəsində birgə müəssisənin yaradılması barədə saziş imzalayacaqlar. Bu barədə çərşənbə günü Trend-ə İranın dəmir yol idarəsinin beynəlxalq şöbəsinin rəhbəri Abbas Nəzəri deyib.

Onun sözlərinə görə, bu gün 31 yanvar-1 fevralda Tehranda keçirilən görüşlərin yekunlarına dair Azərbaycan, İran və Rusiya tərəfləri birgə şirkətin nizamnaməsini təsdiq ediblər. Fevralın 7-də dəmir yol idarələrinin rəhbərləri tərəfindən İB-nin yaradılması barədə müvafiq saziş imzalanacaq.

İB-nin nizamnamə kapitalı üç milyon dollar təşkil edəcək, hər bir iştirakçının payına müvafiq olaraq bir milyon dollar düşəcək, Nəzəri deyib.

Onun sözlərinə görə, İB-nin baş ofisinin yerləşmə məsələsi barədə bazar ertəsinə qədər razılığa gəlinəcək. Lakin, Nəzərinin qeyd etdiyi kimi, baş ofis paytaxtlardan birində yerləşərsə, digər iki paytaxtda şirkətin filialları açılacaq.

Bu layihə çərçivəsində Azərbaycan ərazisində sərhəd və gömrük infrastrukturlu sistemi olan Astara stansiyasına qədər 8,5 kilometrə yaxın dəmir yolunun inşası nəzərdə tutulur. Həmçinin sərhəd dəmir yol körpüsünün inşası vacibdir.Eyni zamanda bu layihənin gerçəkləşməsi İran ilə bərabər əsaslarda həyata keçiriləcək.

"Şimal-Cənub" dəhlizi üzrə yüklərin daşınması birinci mərhələdə ildə beş milyon ton həcmində proqnozlaşdırılır, gələcəkdə həcmin ildə 10-15 milyon tona qədər artırılması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti