...

Azərbaycanın Dövlət Sığorta Nəzarəti Xidməti 2011-ci ildə Life şirkətlərin sayının artacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2011 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Ü.İsmayılova/

2011-ci il ərzində Azərbaycanda həyat sığortası üzrə daha iki-üç ixtisaslaşmış şirkətin yaradılması planlaşdırılır. Bu barədə çərşənbə günü ölkənin Maliyyə Nazirliyi nəzdində Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.

"Ölkədə Life şirkətlər daha çox ola bilər, belə ki Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciətlərin, o cümlədən şifahi müraciətlərin sayı artır", - Xəlilov qeyd edib.

Bu gün ölkədə həyat sığortası üzrə ixtisaslaşmış "Atəşgah Həyat" və "Qala Həyat" şirkətləri fəaliyyət göstərir. "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq, 2011-ci ilin martından sonra həyat sığortası ilə yalnız ixtisaslaşmış şirkətlər məşğul ola bilərlər.

Hazırda "PAŞA Həyat Sığorta" ASC-nin sığorta fəaliyyəti üzrə lisenziya alacağı gözlənilir. O, ötən ilin sonunda lisenziya üçün Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciət edib.

Sığorta bazarının iştirakçılarının fikrincə, həyat sığortası üzrə bazarın potensialı azı on şirkəti əhatə edə bilər.

2010-cu ilin yekunlarına görə, həyat sığortası üzrə sığorta haqlarının ümumi həcmi 332,507 milyon manat ödənişlə (0,62 faiz) 1,457 milyon manat (sığorta yığımlarının ümumi həcminin 0,94 faizi) təşkil edib. 2009-cu ildə həyat sığortası üzrə sığorta haqları 443,39 min manat ödənişlə (0,83 faiz) 897,32 min manat (0,55 faiz xüsusi çəki ilə) olub.

Xəbər lenti

Xəbər lenti