...

AVIS : Bu yenilikdən biz və müştərilərimiz məmnundurlar!

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2011 12:27 (UTC +04:00)
Trend-in AVIS şirkətinin Azərbaycandakı nümayəndəsi Həsən Kurtla müsahibəsi

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Trend-in AVIS şirkətinin Azərbaycandakı nümayəndəsi Həsən Kurtla müsahibəsi

- Neçə illərdir ki, Azərbaycanda AVIS qliyyat kirayə mexanizmini tbiq etmisiniz bu işi uğurla davam etdirirsiniz. Belə zgün şəkildə biznes strategiyasın əsas əlləri hansılardır?

-Təbii ki, Azərbaycan özünəməxsus, zəngin iş və biznes potensialına malik olan ölkədir. Bu gün bizim kimi müxtəlif iş adamları Azərbaycanda müxtəlif sahələrdə işlər aparırlar və hər bir şirkət öz məhsuluna aid düzgün strategiya qurur. Bizə gəldikdə və sualınıza cavab versək, biz nəqliyyat vasitələrini icarəyə verən şirkətlərdən biriyik və bizim üçün vacib olanlar:

- yüksək səviyyəli xidmətin göstərilməsi,

- geniş nəqliyyat vasitələrinin parkının yaradılması,

- müxtəlif növ paketlərin müştərilərə təqdim edilməsi,

- geniş şəbəkəyə sahib olmamızdır.

- Sizin bu gün Azərbaycanda təqdim etdiyiniz yeni texnologiyalardan biri də - kirayə götürən şirkətlər tərəfindən verdiyiniz nəqliyyat vasitələrinə nəzarət etmə imkanıdır.

- Bilirsiniz, biz çoxdan gözləyirdik ki, Azərbaycanda bu cür xidməti tətbiq edək. Gündən günə Azərbaycanda yeni texnologiyaların tətbiqinin şahidi oluruq. Bir neçə müddət əvvəl ARVENTO şirkətinin Azərbaycanda rəsmi distribüteri olan GLOBTEL SOLUTİON şirkəti ilə nəqliyyat nəzarət sistemlərinin tətbiq edilməsinə başladıq. Bu sistemin çoxlu üstün cəhətləri var. Misal üçün:

- 24 saat nəqliyyatın xəritə üzərində göstərilməsi,

- 24/7 müştəri xidmətlərinin mövcud olması,

- İstifadəçiləri üçün rahat izləmə imkanların verilməsi,

- Müxtəlif növ ehtiyyaclara uyğun sensorların mövcud olması.

- Bu texnologiyanın tətbiqindən nə gözləyirsiniz?

- Gözlədiklərimizi əldə etdik. Ən önəmlisi odur ki, müştərilərimiz bu texnologiyadan çox razıdırlar. Çoxlu sayda üstünlüklər əldə ediblər. Misal üçün, nəqliyyatların yanacaq sərfiyyatı, texniki xərclər azalıb, sürücülərin nəqliyyatla davranış tərzləri dəyişib. Ümid edirəm ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlər öz nəqliyyat vasitələrinə bu nəzarət sistemlərindən çox istifadə edəcəklər. Texnologiyalardan istifadə edərək şirkət rəhbəri hər zaman sadalanan üstünlükləri əldə etmək istəyər.

Bu və digər məhsulları ARVENTO-nun Azərbaycanda rəsmi təmsilcisi "GLOBTEL SOLUTIONS" MMC təqdim edir.

Əlavə məlumat: www.globtel.az

E-mail: [email protected]

Tel: (99412) 437 30 71

Fax: (99412) 437 30 72

Xəbər lenti

Xəbər lenti