...

Azərbaycanda yanacaq-sürtkü materialları, spirtli və spirtsiz içkilərin qiymətlərinin artması gözlənilmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2011 16:43 (UTC +04:00)
Trendin Azərbaycan Tarif Şurasının katibi Elşən Əsədovla müsahibəsi
Azərbaycanda yanacaq-sürtkü materialları, spirtli və spirtsiz içkilərin qiymətlərinin artması gözlənilmir

Azərbaycan, Bakı, 3 fevral /Trend /

Trend-in Azərbaycan Tarif Şurasının katibi Elşən Əsədovla müsahibəsi

- Suyun yeni tarifləri sudan xammal kimi istifadə edən istehsal sahələrinə şamil edilirmi?

- Xeyr. Tarif Şurasının yanvarın 31-də keçirilmiş iclasında bir neçə sahə üzrə tariflərə baxılıb və yeni tariflər müəyyənləşdirilib. Yeni tariflər müəyyən olunarkən sudan xammal kimi istifadə edənlər üçün suyun tarifi dəyişdirilməyib və əvvəlki səviyyədə saxlanılıb.

Sudan xammal kimi istifadə edən istehlakçılar qrupuna pivə, spirtli və spirtsiz içkilər istehsalı ilə məşğul olan sahələr daxildir.

Bu qrup üçün tariflər dəyişdirilmədiyindən həmin sahələrdə məhsulların qiymətlərində bu səbəbdən hər hansı artımın baş verməsi gözlənilmir.

- Bu gün hamını maraqlandıran məsələlərdən biri də enerjidaşıyıcıların qiymətləridir.

- Tarif Şurası tərəfindən əvvəllər də bildirildiyi kimi, enerjidaşıyıcıların, daha dəqiq desək, benzinin, dizel yanacağının, elektrik enerjisinin, təbii qazın qiymətlərinin artırılması gözlənilmir. Ümumiyyətlə, bu sahələr üzrə aidiyyəti qurumlardan Tarif (qiymət) Şurasına hər hansı müraciət daxil olmayıb və Şurada bununla bağlı müzakirələr aparılmır.

Xəbər lenti

Xəbər lenti