...

Azərbaycanda korporativ idarəetmə standartlarının təqdimatı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2011 19:23 (UTC +04:00)
Azərbaycanda ölkənin İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə yaradılan korporativ idarəetməyə dair işçi qrupu tərəfindən korporativ idarəetmə standartlarının təqdimatı keçiriləcək. Bu barədə cümə axşamı Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Bakı nümayəndəliyinin məlumatında deyilir.
Azərbaycanda korporativ idarəetmə standartlarının təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 3 fevral/Trend, müxbir N.İsmayılova/

Azərbaycanda ölkənin İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə yaradılan korporativ idarəetməyə dair işçi qrupu tərəfindən korporativ idarəetmə standartlarının təqdimatı keçiriləcək. Bu barədə cümə axşamı Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Bakı nümayəndəliyinin məlumatında deyilir. Təqdimat fevralın 7-nə planlaşdırılıb.

Bu standartlar cari ilin yanvarında İqtisadi İnkişaf Nazirliyi tərəfindən təstiq edilib, - məlumatda deyilir.

Korporativ idarəetmə standartları yerli şirkətlərin idarəetmə ilə bağlı üzləşdiyi problemlərin həllinə dair zəruri vasitə və mexanizmləri əhatə edərək, səhmdarların hüquqlarının qorunması, idarəetmə orqanları arasında tarazlığın yaradılması, şəffaflığın təmin olunması və bu kimi digər qabaqcıl korporativ idarəetmə prinsiplərini özündə əks etdirir.

Könüllü xarakter daşıyan bu standartlar korporativ idarəetmə sahəsində mövcud qanunvericiliklə tənzimlənməyən münasibətlərə aydınlıq gətirir və qabaqcıl təcrübələrin Azərbaycanda tətbiq olunmasına xidmət edir.

Xəbər lenti

Xəbər lenti