...

Azərbaycan seysmik aktivlik nəticəsində ətraf mühitin mühafizəsi üzrə tədbirlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2011 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi seysmik aktivlik nəticəsində ətraf mühitin ekoloji çirklənməsinin qarşısının alınmasını nəzərdə tutan normativ sənəd qəbul edib. Bu barədə Dövlət Komitəsi rəhbərinin müavini Dövlətxan Dövlətxanov "Əmlak bazarının iştirakçıları" İctimai Birliyinin nəşr etdirdiyi "Əmlak Bazarı" jurnalına müsahibəsində bildirib.

"Belə sənəd Azərbaycanda ilk dəfə qəbul olunur", - Dövlətxanov deyib.

O, bildirib ki, yeni sənəd seysmik proseslər nəticəsində ətraf mühitin çirklənməsinin qarşısının alınması ilə bağlı məsələləri tənzimləyir.

Xəbər lenti

Xəbər lenti