...

RDY Azərbaycanla Rusiya arasında dəmir yolu əlaqəsinin normallaşdırılması üzrə iş aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2011 18:42 (UTC +04:00)
"Rusiya Dəmir Yolları" ASC-nin filialı olan Şimali Qafqaz dəmir yolu Azərbaycanla Rusiya arasında qatarların hərəkətinin normallaşdırılması üzrə iş aparır. Bu barədə Trendə SC-dən telefonla məlumat verilib.
RDY Azərbaycanla Rusiya arasında dəmir yolu əlaqəsinin normallaşdırılması üzrə iş aparır

Azərbaycan, Bakı, 10 fevral / Trend, müxbir E.İsmayılov /

"Rusiya Dəmir Yolları" ASC-nin filialı olan Şimali Qafqaz dəmir yolu Azərbaycanla Rusiya arasında qatarların hərəkətinin normallaşdırılması üzrə iş aparır. Bu barədə Trendə SC-dən telefonla məlumat verilib.

Dağıstan ərazisində yeni iş rejimi yolun Dərbənd-Artezian hissəsində saat 18:00-dan 06:00-dək dayanmanı nəzərdə tutur. Bu barədə cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

RDY-nın filialından deyildiyi kimi, rejim Dağıstan ərazisindən keçən dəmir yolunda tez-tez partlayışların baş verməsilə əlaqədar yenicə tətbiq edilib. Lakin buna baxmayaraq, bu prosesin yüngülləşdirilməsilə bağlı məsələnin həll edilməsi üçün iş aparılır.

Şimali Qafqaz dəmir yolunda bu istiqamətdə görülən işlərlə bağlı məsələni və Azərbaycanla Rusiya arasında qatarların hərəkətinin əvvəlki iş rejiminə qayıdacağı tarixi şərh etməkdən imtina ediblər.

Əzməmmədovun sözlərinə görə, hazırda RDY baxış prosesinin asanlaşdırılması üzrə işlər həyata keçirir və sabah Azərbaycan Dəmir Yolları görülən işlər haqda məlumatlandırılacaq.

Əzməmmədov onu da bildirib ki, paytaxta saat 08.00-da daxil olmalıolan Moskva-Bakı reysi on saatlıq geçikmə ilə gələcək.

2010-cu ildə Dağıstanda dəmir yollarında və qatarlarda bir neçə partlayış baş verib. Bir müddət əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən xəbərə görə, tez-tez baş verən partlayışlar Rusiya istiqamətində sərnişin axınına xeyli təsir göstərib.

Xəbər lenti

Xəbər lenti