...

ATİB üzvləri Azərbaycandakı miqrasiya prosesləri barədə məlumatlandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2011 20:28 (UTC +04:00)
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində Dövlət Miqrasiya Xidmətinin miqrasiya vahid informasiya sisteminin təminatı şöbəsinin rəisi Səbuhi Məmmədov və hüquq şöbəsinin inspektoru Cəmil Hüseynov ilə ATİB üzvlərinin görüşü keçirilib. Görüşün keçirilməsində məqsəd Azərbaycanda miqrasiya prosesləri, immiqrasiya, emiqrasiya, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma və viza müddətlərinin uzadılması məsələləri və s. barədə ATİB üzvlərini məlumatlandırmaq olub. Bu barədə birliyin cümə axşamı yaydığı məlumatda deyilir.
ATİB üzvləri Azərbaycandakı miqrasiya prosesləri barədə məlumatlandırılıb

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisindəDövlət Miqrasiya Xidmətinin miqrasiya vahid informasiya sisteminin təminatı şöbəsinin rəisi Səbuhi Məmmədov və hüquq şöbəsinin inspektoru Cəmil Hüseynov ilə ATİB üzvlərinin görüşü keçirilib. Görüşün keçirilməsində məqsəd Azərbaycanda miqrasiya prosesləri, immiqrasiya, emiqrasiya, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma və viza müddətlərinin uzadılması məsələləri və s. barədə ATİB üzvlərini məlumatlandırmaq olub. Bu barədə birliyin cümə axşamı yaydığı məlumatda deyilir.

ATİB idarə heyəti sədrinin birinci müavini Cemal Yangın sözlərinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi , həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddələrinin uzadılması ilə bağlı qanunun tələblərinin yerinə yetirilməsi işəgötürənlər və işçilər arasında münasibətlərin daha da təkmilləşdirilməsi baxımından vacibdir.

Hüseynovun sözlərinə görə, miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi çox mühüm yer tutur. Onun sözlərinə görə, "bir pəncərə" tətbiq olunduqdan sonra isə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, həmçinin onları işə qəbul edən hüquqi və fiziki şəxslər qeyd olunan proseduraları həyata keçirmək üçün yalnız Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.

Xəbər lenti

Xəbər lenti