...

Azərbaycan bankı "RoyalBank" gəliri 4 faiz olan istiqraz buraxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2011 19:32 (UTC +04:00)
Febralın 11-dən etibarən “RoyalBank” ASC-nin ümumi məbləği 10 milyon dollar olan təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazların emissiyasının yerləşdirilməsinə başlanılacaq. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının cümə günü yaydığı məlumatda deyilir. “RoyalBank” BFB-yə qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib.
Azərbaycan bankı "RoyalBank" gəliri 4 faiz olan istiqraz buraxacaq

Azərbaycan, Bakı, 11 fevral/Trend/

Febralın 11-dən etibarən "RoyalBank" ASC-nin ümumi məbləği 10 milyon dollar olan təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazların emissiyasının yerləşdirilməsinə başlanılacaq. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının cümə günü yaydığı məlumatda deyilir. "RoyalBank" BFB-yə qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri min dollar olan 10 min istiqraz buraxılıb. Qiymətli kağızların dövriyyə müddəti illik 4 faiz və ödəniş dövrü 30 gün olmaqla 360 gündür. Yerləşdirmənin anderrayteri qismində "Chelsea Capital" MMC çıxış edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə BFB-də açıq yazışma yolu ilə aparılacaq.

"RoyalBank" - Azərbaycanda işləyən, Bakı və ölkə regionlarında 32 filiala malik kommersiya bankıdır.

Xəbər lenti

Xəbər lenti