...

Azərbaycan bankı "Parabank" "Blizko" pul köçürmə sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2011 17:51 (UTC +04:00)
Cari ilin əvvəlindən etibarən “Parabank” ASC “Blizko” sistemi üzrə xidmət göstərməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.
Azərbaycan bankı "Parabank" "Blizko"  pul köçürmə sisteminə qoşulub

Azərbaycan, Bakı, 11 fevral/Trend/

Cari ilin əvvəlindən etibarən "Parabank" ASC "Blizko" sistemi üzrə xidmət göstərməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

"Bununla qoşulduğu beynəlxalq təcili pul köçürmə sistemilərinin ümumi sayını yeddiyə çatıb", - məlumatda deyilir.

MDB və Baltikyanı ölkələrini əhatə edən "Blizko" sistemi müştərilərə ABŞ dolları, Avro və Rus rublu ilə köçürmələrin həyata keçirilməsinə imkanlar yaradır.

"Blizko" sistemi üzrə pul köçürmələri 1 dəqiqə ərzində həyata keçirilir.

"Blizko" ilə yanaşı "Parabank"da eləcə də "Western Union", "Bıstraya Poçta", "Zolotaya Korona", "Contakt","Caspian Money Transfer" və "Privat Money" sistemləri üzrə təcili pul köçürmə xidmətləri göstərilir. Sadalanan sistemlər kimi "Blizko"sistemidə bankın bütün xidmət nöqtələrində faydalanmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti