...

Bakı Metropoliteni yeni stansiyanı təhvil verməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2011 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni yeni dayaz özüllü "Dərnəgül" ("Mikayıl Müşfiq") stansiyasında quraşdırılmaq üçün üç ekskalator alıb. Bu barədə Trend-ə çərşənbə axşamı metropolitendəki mənbə bildirib.

Onun sözlərinə görə, metronun yeni stansiyasının may ayında istsimara verilməsi planlaşdırılıb.

"Dərnəgül" deposunun istismara verilməsinə gəldikdə, bu, 2013-cü ildə baş tutacaq", - mənbə qeyd edib.

"Dərnəgül" ("Mikayıl Müşfiq") dayaz özüllü stansiyadır və Bakıda yeddinci mikrorayon ətrafında tikilir.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir, 22 stansiyaya malikdir.

Xəbər lenti

Xəbər lenti