...

Azərbaycanın regional bankı İpoteka Fondunun xətti ilə 3 milyon manata yaxın məbləğdə kredit verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2011 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda fəaliyyət göstərən "Gəncəbank" ölkədə ipoteka kreditləşməsi bərpa olunandan (2009-cu ilin iyunundan) ölkənin Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 100 ipoteka krediti verib. Bu barədə bazar ertəsi bankdan məlumat veriblər.

"Bu gün bank ümumi məbləği 2,806 milyon manat olan 96 standart ipoteka krediti və 113,4 min manat məbləğdə dörd sosial ipoteka verib", - bankdan deyiblər.

İpoteka kreditləşməsinin başlaması ilə əlaqədar AİF-in 22 müvəkkil bankı, 11 qiymətləndirmə şirkəti və 16 sığortaçısı təsdiqlənib.

Fondun xətti ilə ipoteka kreditlərini verilməsi şərtləri aşağıdakılardır:

Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 85 faizini ötməməlidir, kreditə görə aylıq ödəniş borc alanın aylıq gəlirinin 70 faizini ötməməlidir.

Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin, maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir.

AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Adi və güzəştli kreditlər üçün ilkin ödəniş 15 faizdir.

"Gəncəbank" 1994-cü ildən fəaliyyət göstərir. Bankın baş ofisi Gəncə şəhərində yerləşir. Bankın nizamnamə kapitalı 15 milyon manat təşkil edir. Ölkədə 4 filialı var - Gəncə, Şəmkir, Bərdə və Kəpəz.

Fevralın 22-nə rəsmi məzənnə 0,7946 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti