...

ABŞ hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlıq məsələlərini müzakirə edəcək - səfir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2011 14:24 (UTC +04:00)
Azərbaycan-Amerika Ticarət Palatasının bugünkü iclasında ABŞ hökumətinin Azərbaycanın özəl şirkətləri ilə əməkdaşlığının imkanları müzakirə ediləcək.
ABŞ hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlıq məsələlərini müzakirə edəcək - səfir (FOTO)

Şəkillər əlavə olunub (İlk xəbər 13:58-də yayılıb)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan-Amerika Ticarət Palatasının bugünkü iclasında ABŞ hökumətinin Azərbaycanın özəl şirkətləri ilə əməkdaşlığının imkanları müzakirə ediləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.

Brayza deyib ki, iclas zamanı təkcə ölkələr arsında enerji sahəsindəki münasibət məsələləri deyil, həm də digər sahələrdə əməkdaşlığın geniş spektri müzakirə olunacaq.

"Başlıca məqsədimiz hər bir Azərbaycan vətəndaşının ölkənin dinamik və davamlı inkişafından maksimum istifadə edə bilməsidir", - səfir bildirib.

Brayzanın sözlərinə görə, özəl şirkətlərlə dialoqda əsas məqsəd onların iqtisadi inkişafdan maksimum istifadə edə bilmələri üçün yardım göstərilməsi, eləcə də Azərbaycan hökumətilə ölkə əhalisinin firavanlığının yüksəldilməsi sahəsində əməkdaşlıq müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti